Şağan Olimpiya İdman Kompleksində keçirilən sambo üzrə Azərbaycan
kubokuna yekun vurulub. SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi Əbülfəz
Əliyevin xatirəsinə həsr olunmuş yarış yeniyetmələr, gənclər və kişilər
arasında təşkil olunub.Rəqiblərindən aşkar üstünlükləri ilə seçilən “Neftçi İdman Klubu”nun
samboçuları ümumilikdə turnirin 40 medalına (9 qızıl, 9 gümüş, 22 bürünc) sahib
olublar və komanda hesabında birinci yeri tutublar.Yeniyetmələrdən Eyvaz Baxşıyev (52 kq), Bahadur Əsgərov (65 kq),
Aydın Ələkbərov (70 kq) və Əli Nəzərli (75 kq) rəqib tanımayaraq fəxri kürsünün
ən yüksək pilləsinə qalxıblar. Gənclər arasında Yusif Nəbiyev (62 kq) vəElton Quliyev (68 kq), kişilərin yarışında isə Ağasif Səmədov
(52 kq), Yusif Nəbiyev (62 kq) və Emin Həsənov (68 kq) eyni uğuru təkrarlayıblar.