“Neftçi İdman Klubu”nun idmançıları ilin ilk
yarısına uğurla yekun vurublar. Atletlərimiz 2015-ci ilin altı ayı ərzində müxtəlif
səviyyəli yarışlara qatılaraq yüksək nailiyyətlər əldə ediblər. Belə ki, klubun
yetirmələri istər ölkədaxili, istərsə də beynəlxalq səviyyəli yarışlarda böyük əzm
və peşəkarlıq nümayiş etdirərək, 416-sı qızıl, 272-si gümüş və 352-si bürünc
olmaqla, ümumilikdə 1040 medal qazanıblar. İdmançılarımız Birinci Avropa
Oyunlarında 16 (6 qızıl, 5 gümüş, 5 bürünc), dünya yarışlarında 45 (24 qızıl, 11
gümüş, 10 bürünc), Avropa yarışlarında 59 (21 qızıl, 7 gümüş, 31 bürünc), beynəlxalq
turnirlərdə isə 146 medala (56 qızıl, 43 gümüş, 47 bürünc) sahib olublar.
Respublika yarışlarında 330 medala (150 qızıl, 74 gümüş, 106 bürünc) yiyələnən
klub təmsilçiləri, paytaxt yarışlarında 261 (107 qızıl, 78 gümüş, 76 bürünc),
digər yarışlarda isə 183 (52 qızıl, 54 gümüş, 77 bürünc) dəfə fəxri kürsüdə yer
alıblar.Beləliklə, “Neftçi İdman Klubu” yaşamaqda olduğumuz
ilin ilk yarısında qazandığı medalların sayına görə ölkəmizdə fəaliyyət göstərən
idman təşkilatları arasında liderliyini davam etdirməkdədir.”Neftçi İdman Klubu”nun
idmançılarının2015-ci ilin ilk
yarısındaqazandıqları
medalların sayı haqqındaməlumat№YARIŞIN ADII YERQIZIL  MEDALII YERGÜMÜŞ MEDALIII YERBÜRÜNC MEDALCƏMİ1AVROPA
OYUNLARI655162DÜNYA241110453AVROPA21731594BEYNƏLXALQ TURNİRLƏR5643471465RESPUBLİKA150741063306BAKI10778762617DİGƏR
YARIŞLAR525477183CƏMİ:4162723521040