Avqustun
6-9-da Estoniyanın Tartu şəhərində təşkil olunacaq Avropa birinciliyində
iştirakı planlaşdırılan “Neftçi İdman Klubu”nun velosiped ustası, gənclər
yığmamızın üzvü Samir Cəbrayılov Sloveniyada keçirilən beynəlxalq yarışda
bacarığını nümayiş etdirib. O, məsul yarış öncəsi uğurlu çıxışı ilə diqqət çəkib.
İdmançımız bu ölkədə keçirilən “Kranj-2015” kriterium yarışında əzmkarlıq
nümayiş etdirərək bürünc medala yiyələnib.