Futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda mübarizə
aparan “Qaradağ Lökbatan” komandası 2016-2017 mövsümünə
hazırlıqlarını davam etdirir. Ötən mövsümü ikinci yerdə başa vuran komandamız
iyulun 21-də “Səbail” Futbol Klubu ilə yoldaşlıq oyunu keçirib. Bayıl
stadionunda təşkil olunan qarşılaşmada öz fəallıqları ilə yaxşı təsir
bağışlayan futbolçularımız rəqibi 4:1 hesabı ilə məğlub ediblər. Komandanın
üzvlərindən Rüfət Məmmədov iki dəfə, Elgün Abbaslı və Emin Mustafayev isə hərəyə
bir dəfə fərqləniblər.