İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa
birinciliyi davam edir. Yarışın ikinci günündə 46, 54, 63, 76 və 100 kq çəkidə
çıxış edən sərbəst güləşçilər meydana çıxıb.Azərbaycan yığması günü 2 gümüş və 5 bürünc medalla başa vurub.Klubumuzun millinin heyətində təmsil olunan idmançılarından Rəşad
Yusifli (76 kq) maneəsiz olaraq finala qədər irəliləyib. Yalnız həlledici mərhələdə
məğlub olan güləşçimiz qitə birinciliyinin gümüş medalına layiq görülüb. 46 kq
çəki dərəcəsində mübarizə aparan Əsgər Məmmədəliyev və Sabutay Əmişov (54 kq)
isə fəxri kürsünün 3-cü pilləsində qərar tutublar.Xatırladaq ki, yarışın ilk günündə klubumuzun daha bir sərbəst güləşçisi
İntiqam Vəlizadə (50 kq) də bürünc medala yiyələnmişdi.Qeyd edək ki, yeniyetmə güləşçilər arasında Avropa birinciliyi iyulun
24-dək davam edəcək və “Neftçi İdman Klubu”nun yunan-Roma güləşçiləri Ədil
Sadıqzadə (50 kq), Nurlan Dadaşov (54 kq) və Ülvi Qənizadə (69 kq) yarışın növbəti
günlərində güclərini sınayacaqlar.