Almaniyanın paytaxtı Berlində gənclər arasında cüdo
üzrə Avropa kuboku keçirilib. 38 ölkədən 524 idmançının (298 oğlan, 226 qız)
yarışdığı turnirdə Azərbaycan millisi 16 cüdoçu (15 oğlan, 1 qız) ilə təmsil
olunub.Gənc cüdoçularımız Avropa kubokunda uğurla çıxış edərək
4 medala yiyələniblər. Yığmanın üzvlərindən Hidayət Heydərov (73 kq) rəqib
tanımayaraqfəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kəramət
Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi 55 kq) isə
bürünc medal qazanıblar.Qeyd edək ki, mükafatçılardan ikisi – Hidayət Heydərov
və Natiq Qurbanlı “Neftçi İdman Klubu”nun yetirmələridir.