Balakən
Olimpiya İdman Kompleksində əməkdar məşqçi, SSRİ idman ustası İsmayıl
Çopsiyevin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi
üzrə turnir keçirilib.Gənclər
və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının, Balakən Rayon Gənclər
və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2000-2002-ci illər təvəllüdlü
idmançılar arasında keçirilən yarışda 100-dən çox güləşçi qüvvəsini sınayıb.Dünya
Güləş Birliyinin qaydaları əsasında təşkil olunan turnirdə
“Neftçi İdman Klubu”nun yetirməsi, 54 kq çəki dərəcəsində mübarizə aparan Xasay
Həsənli bütün qarşılaşmalardan qalib ayrılıb və qızıl medala sahib olub.