Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa
birinciliyi başa çatıb.Yunan-Roma güləşçilərinin mübarizəsində “Neftçi İdman Klubu”nun təmsilçisi
Ülvi Qənizadə (69 kq) Norveç güləşçisi Per-Anders Kureni və finlandiyalı
Tiistala Eliası məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Rusiya
idmançısı Aleksandr Komarovla qarşılaşmadan məğlub ayrılan Qənizadə bürünc
medal uğrunda görüşə çıxıb. Pəhləvanımız bu dəfə gürcü Nikoloz Çikaidze ilə üz-üzə
gəlib və 9:0 hesabı ilə qalib gələrək qitə yarışının bürünc
medalına yiyələnib.Xatırladaq ki, bir neçə gün öncə klubun sərbəst güləşçisi Əsgər Məmmədəliyev
(42 kq) də bu birincilikdə eyni uğura imza atmışdı.