Klub haqqında
Hal-hazırda «Neftçi İdman Klubu»nun strukturunda 4 idman qurğusu – Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, Qaradağ Təlim-İdman bazası, «Məşəl» İdman Kompleksi və Sumqayıt Təlim-İdman Zalı fəaliyyət göstərir. Bu qurğularda idmanın 26 növü üzrə minlərlə yeniyetmə və gəncə, eləcə də neftçilərə təmənnasız xidmət göstərilir. Bundan əlavə, Yüksək Liqada futzal, basketbol və voleybol, İkinci Liqada isə “Qaradağ Lökbatan” futbol komandalarımız mübarizə aparır. Klubun nəzdində fəaliyyət göstərən Uşaq Futbol Məktəbində isə 300-dən artıq uşaq futbolun sirlərinə yiyələnir.
Qazandığı yüksək nailiyyətlər sayəsində klub Gənclər və İdman Nazirliyi tərəfindən 2007-2013-cü illərdə ardıcıl olaraq yeddi dəfə, sonrakı illərdə isə daha bir neçə dəfə “İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb. Bu göstəricilər “Neftçi İdman Klubu”nun ölkədə lider idman cəmiyyəti olmasının əyani sübutudur.
