
“Neftçi” İdman Klubunun cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb. İdmançımız üçüncü yer uğrunda qarşılaşmada BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini məğlubiyyətə uğradıb.
Qeyd edək ki, bu, Azərbaycanın dünya çempionatında qazandığı ilk medaldır.