• İyun 18, 2025
  • Redactor Neftchi
  • 0

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmus kunq-fu idman növü üzrə turnir keçirilib.
Şağan Olimpiya İdman Kompleksində baş tutan yarışda “Neftçi” İdman Klubunun yetirmələri uğurla çıxış edərək 5 qızıl və 1 gümüş medal qazanıblar. İdmançılarımızdan Eldar Abıyev (2015-2016, 33 kq), Elmin Quliyev (2013-2014, 33 kq), Sərdar Abıyev (2013-2014, 45 kq), Nicat Tağıyev (2009-2010, 48 kq) və Əbülfəz Yaqubov (2007-2008, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər təmsilçimiz Nihad Hüseynov (2013-2014, 36 kq) isə turniri gümüş medalla başa vurub.