Bu gün “Neftçi” İdman Klubunun və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə ”Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş SOCAR-ın müəssisələri və birgə müəssisələrin işçiləri arasında üzgüçülük idman növü üzrə yarış keçirilib. “Astoriya” Fitnes və Spa Mərkəzinin hovuzunda təşkil olunan turnirdə 14 komandadan 64 iştirakçı (21 qadın, 43 kişi) mübarizə aparıb. Yarış kişi və qadınlar arasında ayrılıqda sərbəst üzmək üsulu ilə şəxsi, komanda və qarışıq estafet hesabında keçirilib. İştirakçılar 50 metr məsafəyə üzməklə yarışıblar.
Turnirin keçirilməsində əsas məqsəd neftçilərin asudə vaxtını səmərəli təşkil etmək, onlar arasında sağlam həyat tərzini təbliğ etmək, idmanın kütləviliyinə nail olmaq, eləcə də digər təşkilatlar arasında keçiriləcək ümumrespublika yarışlarında iştirak etmək üçün üzgüçülük üzrə SOCAR-ın yığma komandasının heyətini müəyyən etmək idi.
Şəxsi və komanda yarışlarında I, II, III yeri tutmuş idmançılar “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Qalib və mükafatçıları təqdim edirik:

Qadınların şəxsi yarışı
I yer
Könül Salayeva
(“Neftqaztikinti” Tresti)

II yer
Ülviyyə Cəbiyeva
(Bakı Ali Neft Məktəbi)

III yer
Rəna Quliyeva
(Heydər Əliyev adına Neft Emalı Zavodu)

Kişilərin şəxsi yarışı
I yer
Stanislav Baykov
(“Azneft” İB)

II yer
Rəşad Rəhimov
(SOCAR Downstream)

III yer
Pyotr Kuvşinov
(Bakı Ali Neft Məktəbi)

Qadın komandası
I yer
Bakı Ali Neft Məktəbi
(Cahan Qarayeva, Gülşən Cabbarzadə, Elnarə Zeynalova, Nəzrin Şahməmmədli)

II yer
“SOCAR Polymer” MMC
(Aygün Musayeva, Arzu Hüseynova, Sevinc Şirəliyeva, İlahə Hacıyeva)

III yer
“Azərkimya” İB
(Ləman Niyazlı, Zərifə Məmmədova, Səbinə Salmanzadə, Aynur Qurbanova)

Kişi komandası
I yer
Bakı Ali Neft Məktəbi
(Tural İbrahimov, Ruslan Nərimanov, Pyotr Kuvşinov, Elsevər Səlimov)

II yer
“SOCAR Polymer” MMC
(Tural Əliyev, Samir Cavadov, Ramil Abdullayev, Vüqar Əhmədli)

III yer
SOCAR Downstream
(Zaur Şükürov, Ağasəf Abdullayev, Fuad Əliyev, Rəşad Rəhimov)

Qarışıq estafet yarışı
I yer
Bakı Ali Neft Məktəbi
(Ülviyyə Cəbiyeva, Ruslan Nərimanov, Nəzrin Şahməmmədli, Pyotr Kuvşinov)

II yer
“Neftqaztikinti” Tresti
(Könül Salayeva, Elvin Əhmədov, Esmira Nəsrəddinova, Elşad Yusifov)

III yer
“SOCAR Polymer” MMC
(Vüqar Əhmədli, Aygün Musayeva, Samir Cavadov, Sevinc Şirəliyeva)