Bu gün Gənclər və İdman Nazirliyi və Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük üzrə yarış keçirilib. Turnirdə 9 dövlət qurumundan 40 iştirakçı (16 qadın, 24 kişi) mübarizə aparıb.

SOCAR komandası yarışda 10 nəfərlik tam heyətlə çıxış edib (5 qadın 5 kişi). Təmsilçilərimizdən Könül Salayeva (“Neftqaztikinti” Tresti) qadınların fərdi yarışında 50 metr məsafəyə üzmədə qalib adını qazanıb.

Eyni məsafədə kişilərin fərdi yarışında Stanislav Baykov (“Azneft” İB-nin Dalğıc Xidməti) gümüş medala sahib olub.

Kişilərin estafet (4×50) yarışında SOCAR komandası ((Pyotr Kuvşinov (Bakı Ali Neft Məktəbi), Stanislav Baykov (“Azneft” İB-nin Dalğıc Xidməti), Rəşad Rəhimov və Ağasəf Abdullayev (hər ikisi “SOCAR Downstream”)) ikinci yeri yuyub.Qadınların estafet (4×50) yarışmasında isə komandamız ((Könül Salayeva (“Neftqaztikinti” Tresti), Cahan Qarayeva, Gülşən Cabbarzadə və Elnarə Zeynalova (hər üçü Bakı Ali Neft Məktəbi)) bürünc medala layiq görülüb.

Qarışıq estafet yarışında (4×50) da SOCAR komandası (Könül Salayeva, Ülviyyə Cəbiyeva, Yusif Abdullayev, Rəşad Rəhimov) fəxri kürsünün üçüncü pilləsində yer alıb.