
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir. “Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan yunan-Roma güləşçilərindən Ülvü Qənizadə (72 kq) bütün görüşləri qələbə ilə başa vuraraq dünya çempionu olub. Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıb.Qeyd edək ki, digər güləşçimiz Həsrət Cəfərov (67 kq) finala yüksəlib və sabah qızıl medal uğrunda görüşə çıxacaq.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) dünya çempionatında bürünc medala yiyələnib. Sərbəst güləşçilərimizdən Giorgi Meşvildişvili (125 kq) mötəbər yarışın gümüş medalına sahib olub. Nürəddinm Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıblar.



