
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında “Neftçi” İdman Klubunun daha bir yunan-Roma güləşçisi mükafata sahib olub. İdmançımız Həsrət Cəfərov (67 kq) finalda iranlı Olimpiya çempionu Səid Esmailiyə 1:2 hesabı ilə məğlub olub və dünya çempionatında gümüş medala yiyələnib.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdənÜlvü Qənizadə (72 kq) dünya çempionu olub. Murad Əhmədiyev (97 kq) və Eldəniz Əzizli (55 kq) isə bürünc medala yiyələniblər. Sərbəst güləşçilərimizdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıblar.