Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis idman növü üzrə yarış keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman Kompleksində reallaşan turnirdə 16 qurumdan 40-a yaxın iştirakçı bacarığını nümayiş etdirib.
SOCAR komandasının təmsilçisi Nərgiz Daşdəmirova (Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi) inamla çıxış edərək yarışın qızıl medalına sahib olub. Əzizə Cəfərova (Bakı Ali Neft Məktəbi) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.