“Sərhədçi” İdman Mərkəzində keçirilən kikboksinq üzrə “Xocalı Kuboku” turniri sona yetib. Azərbaycan Kikboksinq Federasiyası tərəfindən təşkil olunan və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan yarış “Xocalıya ədalət!” devizi altında keçirilib.
“Neftçi” İdman Klubunun kikboksçuları inamla çıxış edərək turnirin 3 qızıl medalına yiyələniblər. İdmançılarımızdan Ramiz Məmmədov (60 kq), Murad Qurbanov (67 kq) və Mehdi Alvasov (81 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


