Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Su İdmanı Sarayında keçirilən turnirə 40-a yaxın iştirakçı qatılıb.
SOCAR komandasının təmsilçisi Liliya Xametova qadınların fərdi yarışında bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Bundan əlavə, SOCAR kişilərin komanda (Rəşad Rəhimov, Ağasəf Abdullayev, Asif Ələsgərov, Yusif Ələsgərov) yarışında üçüncü yeri tutub. Təmsilçimiz qadınlardan ibarət komanda (Liliya Xametova, Nəzrin Şahməmmədli, Elvira Tahirova, Gülşən Cabbarzadə) və qarışıq komanda (Pyotr Kuvşinov, Rəşad Rəhimov, Liliya Xametova, Nəzrin Şahməmmədli) yarışlarında isə gümüş medala layiq görülüb.



