• Aprel 15, 2026
  • Redactor Neftchi
  • 0

İyirmi yaşadək (U-20) cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib. Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə 32 klub və idman cəmiyyətindən 145 idmançı (113 oğlan, 32 qız) 13 çəki dərəcəsi üzrə mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələri yarışın 9 medalını (2 qızıl, 3 gümüş, 4 bürünc) əldə ediblər. Cüdoçularımızdan Kərim Kərimli (60 kq) və Sevil Abdulzadə (52 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq kuboka sahib çıxıblar. Yalnız həlledici görüşdə məğlub olan Bahadır Feyzullayev (60 kq), Aynur Mirzağayeva (70 kq), Əsmər Əliyeva (78 kq) gümüş, Rəsul Əmirzadə (73 kq), Gülay Haqverdiyeva (52 kq), İlahə Əzizzadə (63 kq) və Zəhra İbadova (78 kq) isə bürünc medal qazanıblar.