• Aprel 15, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun Azərbaycan yığma komandasının tərkibində çıxış edən güləşçiləri (U-17) Türkiyənin Antalya şəhərində keçirilən və 600 atletin qatıldığı “Zəfər Kuboku”nda 8 medala sahib olublar.
Sərbəst güləşçilərimizdən Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Klubumuzun yunan-Roma güləşçilərindən isə Qurban Məcnunov (55 kq), Əli Məmmədov (71 kq) və Məhəmməd Mustafazadə (110 kq) eyni uğuru təkrarlayaraq qızıl medala yiyələniblər. Hüseyn Mustafazadə (51kq) ikinci, İlkin Qurbanov (51 kq) və İsfahan Həsənov (80 kq) isə üçüncü pillədə qərarlaşıblar.