• Aprel 17, 2026
  • Redactor Neftchi
  • 0

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa Çempionatı davam edir.

Bu gün yarışda “Neftçi” İdman Klubunun daha bir cüdoçusu – Hidayət Heydərov tatami üzərinə çıxıb. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda Dayyan Boulemtafes (Fransa) və yarımfinalda isə türkiyəli Bilal Çiloğluna qalib gələrək finala yüksəlib. Həlledici görüşdə gürcüstanlı rəqibi Laşa Şavdatuaşviliyə məğlub olan dördqat Avropa çempionu Hidayət Heydərov karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalına sahib olub.

Xatırladaq ki, ötən gün klubumuzun digər cüdoçusu Əhməd Yusifov (60 kq) turnirin bürünc medalını qazanıb.Qeyd edək ki, 46 ölkədən 400 idmançının qatıldığı mötəbər yarış aprelin 19-da başa çatacaq.