• Aprel 18, 2026
  • Redactor Neftchi
  • 0

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Avropa Çempionatı davam edir.
Bu gün “Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan daha bir təmsilçisi mükafata layiq görülüb. Cüdoçumuz Zelim Tçkayev (81 kq) Avropa Çempionatında üçüncü yeri tutub. O, bürünc medal uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib və fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Xatırladaq ki, 46 ölkədən 400 idmançının mübarizə apardığı nüfuzlu yarışın əvvəlki günlərində klubumuzun digər idmançılarından Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) isə bürünc medal qazanıb.