Türkiyənin Antalya şəhərində U-20 yaş qrupu üzrə keçirilən “Çempionlar” Turniri sona yetib. Yarışda 20 ölkədən 800 idmançı bacarığını nümayiş etdirib.
“Neftçi” İdman Klubunun sərbəst güləşçilərindən 70 kiloqram çəkidə çıxış edən Hacı Kərimov bütün rəqiblərinə qalib gəlib və turnirin qızıl medalına sahib olub. Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) ikinci, Muhəmməd İsmayılov (57 kq) və Nurlan Ağazadə (74 kq) isə üçüncü yeri tutublar.
Qadın güləşçilərimizdən isə Esra Məmmədli (53 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.
