• Aprel 20, 2026
  • Redactor Neftchi
  • 0

Futbol üzrə Azərbaycan II Liqasında XXIII turun – altılıq sisteminin ilk oyunları keçirilib.

Tur çərçivəsində “Qaradağ Lökbatan” bu gün “Şəmkir”lə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda gerçəkləşən matçda komandamız rəqibini 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, altılıq sistemi liqanın ən güclü altı komandasını bir araya gətirir. Bu komandalar çempionluq uğrunda mübarizə aparmaqla yanaşı, növbəti mövsümdə I Liqaya yüksəlmək şansını qazanmaq üçün yarışırlar.