• Aprel 21, 2026
  • Redactor Neftchi
  • 0

Bu gün “Neftçi” İdman Klubunun yığma komandamızın heyətində təmsil olunan üç yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Çempionatında bürünc medal uğrunda görüşə çıxıb: Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq).

İdmançılarımızın Rəşad Məmmədov türkiyəli Ömər Halis Rəcəbə (8:0), İslam Abbasov isə türkiyəli Doğan Kayaya (5:1) qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Beka Kandelaki isə ukraynalı Mixaylo Vişnıvetskiyə (1:5) məğlub olub və yarışı medalsız başa vurub.