• Aprel 23, 2026
  • Redactor Neftchi
  • 0

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa Çempionatı davam edir.

“Neftçi” İdman Klubunun qadın güləşçisi Günay Qurbanova (59 kq) bu gün mötəbər yarışın bürünc medalına yiyələnib. Xanım idmançımız üçüncü yer uğrunda qarşılaşmada Marta Getmanovaya (UWW) 7:5 hesabı ilə qalib gəlib.

Klubumuzun digər qadın güləşçilərindən Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) sabah bürünc medal uğrunda görüşə çıxacaqlar.

Xatırladaq ki, qitə çempionatının əvvəlki günlərində yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.