• Aprel 24, 2026
  • Redactor Neftchi
  • 0

“Məşəl” İdman Kompleksində neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında keçirilən 3×3 basketbol turniri başa çatıb. “Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan yarışda 12 komanda qalib adı uğrunda mübarizəyə qoşulub.
Qadınlar arasında keçirilən yarışda Sosial İnkişaf İdarəsinin komandası həlledici qarşılaşmada Heydər Əliyev adına Neft Emalı Zavodunun kollektivinə qalib gələrək turnirin qalibi adını qazanıb. Heydər Əliyev adına Neft Emalı Zavodu ikinci, “Azərkimya” İstehsalat Birliyinin komandası isə üçüncü yeri tutub.
Kişilərin mübarizəsində final görüşündə “SOCAR Downstream” Neft Kəmərləri İdarəsinin komandasını məğlub edərək qızıl medala sahib olub. Neft Kəmərləri İdarəsi ikinci, “Qaz İxrac” İdarəsinin kollektivi isə üçüncü pillədə qərarlaşıb.
I, II və III yerləri tutmuş komandalara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.