• Aprel 24, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Çempionatında mükafatçılar arasında yer alıb. Əlli yeddi kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada Arina Demçankaya (UWW) “tuş”la qalib gəlib və bürünc medal qazanıb.

Xatırladaq ki, çempionatın əvvəlki günlərində klubumuzun digər qadın güləşçisi Günay Qurbanova (59 kq) da eyni uğura imza atıb və bürünc mükafata sahib olub. Yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal əldə ediblər.