Aprelin 19-da Serbiyanın Novi Sad şəhərində start götürmüş yeniyetmələr və gənclər arasında sambo üzrə Avropa birinciliklərinə yekun vurulub.
Altı gün davam edən turnirdə “Neftçi” İdman Klubunun təmsilçiləri gənclər arasında təşkil olunan yarışda 2 medal qazanıblar. Samboçularımızdan Tuncay Şamil (98 kq) bütün rəqiblərinə qalib gəlib və Avropa çempionu tituluna sahib olub. Digər idmançımız Hacıbaba İmaməliyev (+98 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
