“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Çempionatının sonuncu günündə daha 3 medal (1 qızıl, 2 gümüş) qazanıblar.
Yığma komandanın heyətində yer alan təmsilçilərimizdən Giorgi Meşvildişvili (125) final qarşılaşmasında macarıstanlı Vladislav Baytsayevə qalib gələrək Avropa çempionu olub. Turan Bayramov (74 kq) həlledici görüşdə Taymuraz Salmazanova (Slovakiya), Arseniy Djioyev (86) isə İbrahim Kadiyevə (UWW) məğlub olaraq gümüş medal əldə ediblər.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala yiyələniblər.Klubumuzun qadın güləşçilərindən isə Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medala layiq görülüblər.


