Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən boks üzrə Dünya Kuboku turniri başa çatıb.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan boksçularından Səidcəmşid Cəfərov (75 kq) yarışda böyük əzmlə döyüşərək finala qədər irəliləyib. Həlledici qarşılaşmada idmançımız braziliyalı Tauan Silva ilə üz-üzə gəlib. Hər üç raundu aktivinə yazan Səidcəmşid Cəfərov yekunda rəqibini 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib və Dünya Kubokunun qızıl medalına sahib olub. Digər boksçumuz Nəbi İsgəndərov (70 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, turnirdə 49 ölkədən 400 idmançı medallar uğrunda mübarizə aparıb.

