Futbol üzrə Azərbaycan II Liqasında XXIV turun oyunları keçirilib.
“Qaradağ Lökbatan” bu turda “Xankəndi” komandasının qonağı olub. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan və gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.Komandamızın heyətində Fərid Abbaslı (90+7) fərqlənib.






