• May 11, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun Azərbaycanın 19 yaşadək boksçulardan ibarət millisinin heyətində yer alan yetirmələri Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə inamla çıxış ediblər. İdmançılarımızdan Banuçiçək Nəsirli (48 kq), Aylin Nəzərova (54 kq) və Səftər Məmmədzadə (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.