“Neftçi” İdman Klubunun təmsilçisi Sabir Zeynalov Almaniyanın Münhen şəhərində keçirilən parataekvondo üzrə Avropa Çempionatında mükafatçılar arasında yer alıb. K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində çıxış edən paralimpiyaçımız dörddəbir finalda polşalı Kasjan Mikolajczak üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə Türkiyə təmsilçisi Ali Can Özcan zədə səbəbindən döyüşə çıxmadığı üçün idmançımız finala vəsiqə qazanıb. Sabir Zeynalov final qarşılaşmasında israilli paralimpiya çempionu Asaf Yasura son raundda məğlub olub və bununla da karyerasında ilk dəfə parataekvondo üzrə Avropa Çempionatının gümüş medalına sahib olub.