Xorvatiyanın Osiyek şəhərində keçirilən atıcılıq üzrə Avropa Çempionatında qadınlardan ibarət komandamız 25 metr standart tapança yarışında bürünc medal qazanıb. Komandanın heyətində yer alan Nigar Nəsirova, Zeynəb Sultanova və Xanna Əliyeva yarış ərzində yüksək dəqiqlik, peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək fəxri kürsüyə yüksəliblər.
Qeyd edək ki, Xanna Əliyeva “Neftçi” İdman Klubunun təmsilçisidir.

