• May 12, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan yunan-Roma güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa Birinciliyində 2 medal qazanıblar. Əlli beş kiloqram çəki dərəcəsində mübarizə aparan Qurban Məcnunov həlledici final qarşılaşmasında rusiyalı Edem Payziyevə1:2 hesabı ilə məğlub olub və gümüş medala yiyələnib. Orxan Həbibli (65 kq) isə qitə birinciliyini üçüncü pillədə başa vurub.