SOCAR Təhlükəsizlik İdarəsi və “Neftçi” İdman Klubunun birgə təşkilatçılığı ilə voleybol turniri keçirilib. Təhlükəsizlik İdarəsinin İdman Kompleksində təşkil olunan turnirdə ümumilikdə 10 komanda iştirak edib. Maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən 1-ci yeri İdarəetmə aparatının komandası, 2-ci yeri 1 saylı komanda, 3-cü yeri isə 29 saylı komanda tutub. Turnirin qalibləri müvafiq kubok, medal, diplom və mükafatlarla təltif olunub.
Təhlükəsizlik İdarəsinin rəisi Faiq Abuşov, “Neftçi” İdman Klubunun icraçı direktoru Fərəc Əliyev və Təhlükəsizlik İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Mahir Aşurov qalibləri təbrik edərək turnirin əhəmiyyətindən bəhs ediblər.
Daha sonra turnirin qalibləri və tədbir iştirakçıları Təhlükəsizlik İdarəsinin inzibati binasının ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.








