• May 16, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa Birinciliyinin altıncı günündə 3 medal qazanıblar.

Pəhləvanlarımızdan Nihad Süleymanlı (80 kq) finalda türkiyəli Emirhan Çayıra tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) həlledici görüşdə rusiyalı Maksim Monquşa (2:14) məğlub olub və gümüş medala layiq görülüb. Digər idmançımız Hakim Tağıyev (110 kq) isə üçüncü yer uğrunda qarşılaşmada belaruslu Daniil Jivuladan üstün olub – 3:1.

Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Qurban Məcnunov (55 kq) gümüş, Hüseyn Mustafazadə (51 kq), Orxan Həbibli (65 kq) və Zöhrab Səfərov (92 kq) isə bürünc medal qazanıblar.