Qılıncoynatma üzrə 2010-2014-cü il təvəllüdlü idmançılar arasında Bakı Birinciliyi keçirilib. Yarış Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında təşkil olunub.
“Neftçi” İdman Klubunun yetirmələri sablya növündə 3 medal əldə ediblər.
Qızlar arasında keçirilən yarışda Viktoriya Lazareva gümüş medal qazanıb. Zəhra Xəlilova isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Oğlanların mübarizəsində isə Abdulmalik Nəsibzadə gümüş medala layiq görülüb.