• May 18, 2026
  • Redactor Neftchi
  • 0

Gürcüstanın Tbilisi şəhərində kişilər arasında sambo güləşi üzrə Avropa Çempionatı keçirilib.
“Neftçi” İdman Klubunun təmsilçiləri yarışın 2 medalını qazanıblar.
Samboçularımızdan Adil Adilzadə (88 kq) yalnız həlledici final qarşılaşmasından məğlub ayrılıb və gümüş medala sahib olub. Digər idmançımız Sahib Babayev (58 kq) isə qitə çempionatını üçüncü pillədə başa vurub.