“Neftçi” İdman Klubunun güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa Birinciliyini 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurublar.
Yunan-Roma güləşçilərimizdən Qurban Məcnunov (55 kq) gümüş, Hüseyn Mustafazadə (51 kq), Orxan Həbibli (65 kq) və Zöhrab Səfərov (92 kq) isə bürünc medala sahib olublar.
Sərbəst güləşçilərimizdən Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) ikinci, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutub.

