• May 18, 2026
  • Redactor Neftchi
  • 0

Futbol üzrə II Liqada XXVII turun – 2025-2026-cı illər mövsümünün sonuncu turunun oyunları keçirilib.

“Qaradağ Lökbatan” bu turda “Şirvan”ın qonağı olub. Şirvan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib. Matç 2:2 hesablı bərabərliklə sona yetib.Beləliklə, xallarının sayını 71-ə çatdıran “Qaradağ Lökbatan” komandası mövsümü ikinci pillədə başa vurub.