• May 24, 2026
  • Redactor Neftchi
  • 0

Futbol üzrə Azərbaycan II Liqasında 2025/2026 mövsümünün mükafatlandırma mərasimi keçirilib. Binə qəsəbə stadionunda təşkil olunan tədbirdə “Qaradağ Lökbatan” komandasına gümüş medallar təqdim edilib. Onlara medalları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov və AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim ediblər.

Qeyd edək ki, “Qaradağ Lökbatan” komandası II Liqada 2025/2026 mövsümünü ikinci pillədə başa vurub.