• May 25, 2026
  • Redactor Neftchi
  • 0

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Dünya Atletikasının dəstəyi ilə Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq memorial başa çatıb. İdman Akademiyasının stadionunda keçirilən turnirdə 80-ə yaxın atlet bacarığını nümayiş etdirib.
“Neftçi” İdman Klubunun atletlərindən Lamiyə Vəliyeva 100 (11.94) və 200 metr məsafəyə (24.81) qaçışda bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub.
İsmail Əliyev isə nüvəitələmə yarışında 17,42 metr nəticə ilə eyni uğura imza atıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.