Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu sona yetib. Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışda 471 cüdoçu qüvvəsini sınayıb.
“Neftçi” İdman Klubunun yetirmələrindən Elvina İlyasova (70 kq) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq qalib adını qazanıb. Zümrüd Quliyeva (40 kq) və Mirsadiq Babayev (55 kq) isə bürünc medala yiyələniblər.
Xatırladaq ki, bu, cari ildə U-14 Liqa yarışının son turu olub. Analoji turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayır.


