Azərbaycan İdman Akademiyasının stadionunda 2011-2012-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə ölkə birinciliyi keçirilib.
“Neftçi” İdman Klubunun turnirə qatılmış atletlərindən Kiril Podqorodeski hündürlüyə tullanma yarışında 1,5 metr nəticə göstərərək gümüş medal qazanıb. Şəmsəddin Əliməmmədov eyni növdə (1,45 metr), Kərim Qayıbov (21,26 metr) isə nizə atmada üçüncü yeri tutublar.
