“Neftçi” İdman Klubunun təmsilçisi, paralimpiya çempionu Oloxan Musayev Tunisdə keşirilən Qran-pridə turnirində gümüş medala sahib olub. Nüvəitələmə yarışında F55 kateqoriyasında çıxış edən paralimpiyaçımız 11.64 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsində yer alıb.

Qeyd edək ki, daha əvvəl klubumuzun digər idmançısı Rüfət Rəfiyev F36 kateqoriyasında gümüş medal qazanıb.