• İyun 16, 2026
  • Redactor Neftchi
  • 0

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan MMA və Qraplinq Federasiyası tərəfindən pankration və qraplinq üzrə ölkə birinciliyi təşkil olunub. Yarışda müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə ölkənin ən güclü idmançıları mübarizə aparıblar.
“Neftçi” İdman Klubunun turnirə qatılmış təmsilçilərindən Mahmud Babayev (14-15 yaş, 47 kq) və Elcan Bayramov (16-17 yaş, 76 kq) qraplinq idman növü üzrə keçirilən yarışda bürünc medal qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.