Bu gün Monqolustanın paytaxtı Ulan-Batorda “Böyük Dəbilqə” turnirinə start verilib.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu Balabəy Ağayev inamla mübarizə apararaq mötəbər yarışın qızıl medalına sahib olub. Altmış kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həlledici finalda yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlub edib.

