• İyun 21, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunun qalibi olub. 75 kq çəki dərəcəsində mübarizə aparan dəri əlcək ustası finalda bolqarıstanlı Rami Kiuanla döyüşüb. Böyük əzmkarlıq nümayiş etdirən idmançımız rəqibi üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb və nüfuzlu yarışın qızıl medalına sahib çıxıb. Digər boksçumuz Murad Allahverdiyev (80 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Qeyd edək ki, reytinq xarakterli turnirdə 40 ölkənin 300 idmançısı medallar uğrunda mübarizə aparıb.